Məşhur türk aktyor koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Məşhur türk aktyor Kıvanç Tatlıtuğ koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Tatlıtuğ özünü yaxşı hiss etmədiyi üçün karantinə alınıb.

Kıvanç Tatlıtuğ koronavirusun yayılması səbəbilə həyat yoldaşı Başak Tatlıtuğ ilə bağ evində istirahət edirdi.

Ancaq dünən gecə özünü yaxşı hiss etməyən məşhur aktyoru özəl xəstəxanaya aparıblar.

Xəstəxanaya yerləşdirilən Tatlıtuğda koronavirus olduğu güman edilir. (baku.ws)