https://news.day.az/az/showbiz/1219794.html Müğənni Pink də koronavirusa yoluxub

Müğənni Pink də koronavirusa yoluxub

Şou-biznes, 4 Aprel 2020 09:23 (UTC +04:00) 122 277
Müğənni Pink də koronavirusa yoluxub

Amerikalı məşhur müğənni Pink də koronavirusa yoluxduğunu bildirib. Day.Az xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində qeyd edib.

Müğənni bildirib ki, iki həftə öncə 3 yaşlı oğlu Ceymsonla birlikdə özlərində koronavirus simptomlarını hiss etdikdən sonra test veriblər və analiz testlərinin cavabı müsbət çıxıb. Bundan sonra onlar həkimin nəzarəti altında 2 həhtə təcriddə müalicə olunublar.

Müğənni hazırda koronavirusdan sağaldıqlarını və özlərini yaxşı hiss etdiklərini bildirib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 190-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 900 mini, ölənlərin sayı isə 40 mini keçib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər