İqlesias 2 ay əvvəl doğulan qızını göstərdi

Dünyaca məşhur ispaniyalı müğənni Enrike İqlesias fevralın əvvəlində doğulan qızı Maşanın üzünü göstərib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı üçüncü övladının videosunu İnstaqram-da paylaşıb.

Qızını dizlərinin üstündə saxlayan ata onunla bərabər "Fun" qrupunun repertuarından olan "We Are Young" mahnısına rəqs edib. Video sosial şəbəkə istifadəçiləri tərəfindən heyrətlə qarşılanıb. Onlar Maşanın çox gözəl olduğunu qeyd ediblər.

Xatırladaq ki, E.İqlesias ilk dəfə 2017-ci ilin dekabrında ata olub. Keçmiş rusiyalı tennisçi Anna Kurnikova müğənniyə əkiz övlad bəxş edib. Oğlana Nikolas, qıza isə Lüsi adı verilib.