Könül Kərimova yeni villasını canlı efirdə göstərdi

Əməkdar artist Könül Kərimova özünə villa alıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi "Bizimləsən" proqramında məlumat verib.

Müğənni canlı efirə virtual qonaq olaraq yeni evinin görüntülərini tamaşaçılara göstərib.

"Sonra deyirlər ki, filankəsin evi belədir, elədir. Biz müğənnilərin olanı budur. Neçə illərdir başımızı aşağı salıb toya gedirik. Evimiz də olmasın?" -, deyə Kərimova bildirib.