Pərviz "Survivor"ı belə tərk etdi

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev ''TV 8'' kanalında yayımlanan "Survivor 20" yarışmasını tərk edib.

Day.Az xəbər verir ki, "Məşhurlar" komandasında çıxdığı oyunlarda ən çox xal toplayan Pərviz Abdullayev SMS yarışında uduzub. 

Komanda yoldaşlarının konseydə adını yazdığı Pərviz sonradan adları çəkilən türkiyəli aktyorlar Ersin Korkut və Mert Öcaldan daha az səs toplayaraq, yarışmanı tərk edib. (ölkə.az)