https://news.day.az/az/showbiz/1221705.html Daha bir məşhur aktyor koronavirusdan öldü

Daha bir məşhur aktyor koronavirusdan öldü

Şou-biznes, 9 Aprel 2020 10:12 (UTC +04:00) 122 646
Daha bir məşhur aktyor koronavirusdan öldü

Məşhur amerikalı aktyor Allen Qarfild 80 yaşında koronavirusdan dünyasını dəyişib. Day.Az xəbər verir ki, bu barədə onun həmkarı Roni Bleykli "Facebook" səhifəsində məlumat verib. Onun ölüm faktını doğma bacısı da təsdiqləyib.

Aktyor Kaliforniya xəstəxanasında dünyasını dəyişib. A.Qarfild 100-dən çox filmdə, televiziya şoularınnda çəkilib, "Bananlar", "Söhbət", "Kotton klubu" kimi filmlərdəki rolları ilə məşhurlaşıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 190-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı təxminən 1,4 milyonu, ölənlərin sayı isə 80 mini keçib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər