"10 il öncə telefonumun üz qabığında idin" - Murad həyat yoldaşının arxiv FOTOsunu yaydı

Bəstəkar-aparıcı Murad Arif həyat yoldaşının doğum gününü fərqli şəkildə təbrik edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Murad sosial şəbəkə hesabından xanımının arxiv və toy fotolarını paylaşıb.

O, paylaşıma "10 il öncə telefonumun üz qabığında idin. İndi isə həyatımın hər yerindəsən. Mümkün olsa daha 50 il bərabər yaşayaq, sonra vəziyyətə baxarıq" şərhini yazıb.