https://news.day.az/az/showbiz/1222158.html Atası koronavirusa yoluxan Rihannadan 700 minlik yardım

Atası koronavirusa yoluxan Rihannadan 700 minlik yardım

Şou-biznes, 10 Aprel 2020 11:23 (UTC +04:00) 122 432
Atası koronavirusa yoluxan Rihannadan 700 minlik yardım

Dünyaca məşhur müğənni Rihannanın atası Ronald Fenti koronavirus (COVİD- 19) pandemiyasına yoluxub.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, barbadoslu pop ulduz atasının səhhətinin yaxşı olması üçün virusla mübarizəyə qoşulub. O, R. Fentinin ev şəraitində müalicə almasını istəyib və yaşadığı mənzilə süni nəfəsalma cihazı göndərib.

Mövzu barədə sənətçinin 66 yaşlı atası "The Sun" qəzetinə danışıb: "Qızımın nəzarəti altındayam. Ölüm ayağında idim. Buradan deyirəm ki, qızım, səni çox sevirəm. Mənim üçün çox şey etdi, ona minnətdaram".

Fentinin məlumatına əsasən, Rihanna Barbadosdakı xəstəxanalara 700 min dollarlıq süni nəfəsalma cihazı bağışlayıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər