https://news.day.az/az/showbiz/1222459.html Koronavirusa qalib gələn məşhur müğənni yaşadıqları haqda danışıb

Koronavirusa qalib gələn məşhur müğənni yaşadıqları haqda danışıb

Şou-biznes, 10 Aprel 2020 23:02 (UTC +04:00) 122 527
Koronavirusa qalib gələn məşhur müğənni yaşadıqları haqda danışıb

Bir müddət əvvəl koronavirus infeksiyasına yoluxduğunu açıqlayan müğənni Pinkdən yeni xəbər var.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, 40 yaşlı sənətçi sağaldıqdan sonra həmin anlar yaşadıqlarını bölüşüb. Bu haqda Pink Ellen Decenersin şousunda danışıb.

O bildirib ki, özü ilə yanaşı 3 yaşlı oğlu da COVID-19-la mübarizədə qalib gəlib:

"İndi yaxşıyıq. Həftənin hansı günü olduğunu belə unutmuşam. Oğluma görə xəbəri gizli saxladım. İndi ailəm yaxşıdır. İlk əvvəl oğlum xəstələndi: hərarət, qarın ağrısı, sinəsində ağırlıq, boğaz şişmək. Bunlar bütün simptomlar deyil. Hər gün vəziyyət ağırlaşır və yeni simptomlar yaranır.

Astma xəstəsi olduğum üçün mən ağır keçirdim. Dəhşətli idi: nəfəs aparatı olmadan yaşaya bilmirdim. Çox qorxulu idi. Əvvəl heç vaxt belə qormamışdım. Ən pisi də odur ki, heç nə edə bilmirsən və çarəsizsən. Orqanizmin virusla mübariz aparmaq üçün zaman tələb edir".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər