"Survivor"u tərk etsə də Bakıya qayıda bilməyən Pərvizdən İLK AÇIQLAMA: Azərbaycanlı olduğum üçün məni... - VİDEO
Çempion olmasam da, finala qədər getməyi düşünürdüm. Çünki finala gedəcək gücdə idim. Həm psixoloji olaraq, həm fiziki olaraq özümü finala hazır hiss edirdim. Amma olmadı, çox üzüldüm. Qızlar hiylə işlətdilər. Mənim adım Ersin və Mərtlə getməyə namizədlər arasına girməsi, mənim yarışı tərk etməyimi istəməklərini göstərirdi. Artıq Ezginin adı SMS birincisi kimi çıxanda özüm özümə dedim "Keçmiş olsun". Çünki mən artıq SMS birincisi və ikincisi olan Ezgi və Aycanın kimləri mənim qarşıma getməyə namizəd qoyacaqlarını bilirdim.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu dünən "Survivor Panorama"nın efirinə Dominikandan birbaşa telefon bağlantısı quran "Kobra" ləqəbli 6 qat dünya çempionumuz Pərviz Abdullayev deyib.
"Survivor" macərası gözlənilməz şəkildə tez bitsə də özünə xeyli tamaşaçı kütləsi toplamağı bacaran Pərviz onu yarışdan çıxarmağın kimlərin planı olduğunu da açıqlayıb:
"Biz 3 həftə toxunulmazlıqda məğlub olmadıq. Amma ondan öncəki həftələrdə SMS sıralamasında Ersin 1, ya da 2-ci olurdu. Son toxunulmazlığı məğlub olduğumuz gün də SMS sıralamasında Mert də Ersinlə birinci, ikinci yeri bölüşdürdülər. Mənim onları keçmək şansım... Bəlkə qarşıdakı həftələrə qalsaydım, onları SMS-də keçərdim. Amma özümü o an onlarla eyni "potada" görəndə məğlub olduğumu düşündüm.
Mən təxmin edirdim ki, məni 3 qız yazacaq - Ya məni yazacaqlar, ya da Merti yazacaqlardı. Amma dördüncü - Elifin məni yazacağını heç zaman düşünmürdüm. Bu həftə mənim adımın getməyə namizəd göstəriləcəyini təxmin edirdim. Berkanın da başqa bir isim yazacağını da bilirdim. O, hər zaman qızların yanında hərlənirdi. Amma mən heç zaman nə qızlara bir hörmətsizlik etdim, nə yanlarında nalayiq sözlər işlətdim. Mənim qızlarla heç bir problemim yox idi. Məni performansa görə yazmaqları gülməli idi. Qızlar hiylə işlədib, dördü birləşərək mənim adımı yazdılar. Onlar, məncə, Berkanın da başqa ad yazacağını bilirdilər. Ersin də artıq qızlara demişdi ki, "Biz açıq oynayacağıq, biz komandayıq. Biz, Ezgi, həm zədəlisən, həm də performansa görə sənin ismini yazacağıq. Artıq onlar da hər şeyi bildilər və plan qurdular. Onların planı da nə idi?! - Mən azərbaycanlıyam, başqa ölkə vətəndaşıyam. Biz bir millət, iki dövlət olsaq da, eyni millət olsaq da, onlar düşündülər ki, Pərviz azərbaycanlıdır, onun ismini yazaq. SMS-də Ezginin qalması üçün şans var".
Pərviz "Ünlülər" adasında ilk gündən bir yerdə tez-tez göründüyü Barışın "Könüllülər"ə keçməsinin onun üçün gözlənilməz olduğunu bildirib. Dünya çempionu "Barış komandanı dəyişməsəydi, mən potada olmayacaqdım" deyib.
Qeyd edək ki, Pərviz Abdullayev koronavirus bəlasına görə sərhədlər bağlı olduğu üçün yarışın keçirildiyi Dominikandan doğmalarının yanına qayıda bilmir. Şimali Amerika materikində - Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin hələlik ölüm faktı qeydə alınmayıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.