Məşhur serialın ulduz aktyoru koronavirusa qalib gəldi

Məşhur "Taxt-tac oyunları" serialının qəhrəmanı Kristofer Hivyu koronavirus xəstəliyinə qalib gəldiyini bəyan edib.

"Vəhşi Tormund" obrazını yaratmış ulduz aktyor "İnstagram" hesabına həyat yoldaşı ilə birgə dəniz sahilində foto yerləşdirib.

O, qeyd edib ki, həyat yoldaşı ilə birgə bir neçə həftə ciddi karantin keçirməli olub. Bundan sonra daha iki həftə evdə qaldıqlarını qeyd edib. "Şanslıyıq, bizdə COVID-19-un yüngül simptomları var idi. Unutmayın - ehtiyatlı olun, məsafəni saxlayın, əllərinizi yuyun və ən əsası bu qəribə zamanda bir-birinizə qayğı göstərin", - deyə Hivyu qeyd edib. (baku.ws)