https://news.day.az/az/showbiz/1224353.html “Malikanəsində hovuzu olan həyatından şikayət edir”

“Malikanəsində hovuzu olan həyatından şikayət edir”

Şou-biznes, 16 Aprel 2020 09:47 (UTC +04:00) 122 603
“Malikanəsində hovuzu olan həyatından şikayət edir”

"Qızıl Qlobus" un aparıcısı, aktyor Riki Cerveys karantin rejiminin çətinliyindən şikayət edən məşhurları tənqid edib.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor "The Sun" nəşrinə müsahibəsində danışıb:

"Mən artıq deyingən insanları görmək və eşitmək istəmirəm. Britaniyada həkimlər 14 saatlıq iş rejimində çalışırlar və şikayət də etmirlər. Qoruyucu maskalarını üzlərində yara əmələ gəlsə belə, çıxarmırlar. Özlərini və ailələrini sizin üçün təmənnasız təhlükəyə atırlar. Amma mən internetdə görürəm ki, malikanəsində hovuzu olan şəxs həyatından şikayət edir. Artıq bu cəfəngiyatı dinləmək istəmirəm".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər