Əməkdar artist: "Əgər mən susub, heç kimə cavab vermirəmsə, bu, qorxaqlıq əlaməti deyil". - VİDEO
"Əgər mən susub, heç kimə cavab vermirəmsə, bu, qorxaqlıq əlaməti deyil. Qarabağ savaşını görən bir insanam. Baxmayın ki, qadınam. Heç zaman qorxaq insan olmamışam, olmağa da hazırlaşmıram. Mənimlə hörmətlə davranın, necə ki mən sizinlə hörmətlə davranıram. Görsəm ki, kimsə mənə qarşı mədəniyyətsizlik edir, o zaman inciməyin məndən. Bəsdir!"
Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova 571 min izləyicisi olan "İnstagram" hesabında açdığı canlı efir zamanı deyib.
Sənətçi sosial şəbəkədə haqqında xoşagəlməz paylaşımlar edən şəxslərə səslənərək, onlara sonuncu dəfə xəbərdarlıq ünvanlayıb:
"Son günlər belə bir dəb düşüb, yalançı məqalələr yazıb, xoşagəlməz başlıqlar qoyub, paylaşırlar. Həmin yazını oxuyan sosial şəbəkə izləyicisi şərhə söyüş və təhqirlər yazır. Bu nə biabırçılıqdır?! Haqqımda sosial şəbəkələrdə xoşagəlməz paylaşımlar və yazılar yazan şəxslərə deyirəm ki, sizi nə məhkəmə ilə, nə də həbslə hədələmək fikrim var. Sadəcə o insan mənim üçün öləcək. Bir də heç zaman o dırnaqarası jurnalisti ətrafıma buraxmayacağam".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.