https://news.day.az/az/showbiz/1225893.html “Survivor”da əlbəyaxa dava - Kim qovulacaq? - VİDEO

“Survivor”da əlbəyaxa dava - Kim qovulacaq? - VİDEO

Şou-biznes, 20 Aprel 2020 12:23 (UTC +04:00) 123 680
“Survivor”da əlbəyaxa dava - Kim qovulacaq?

"Survivor" yarışmasında "könüllülər" qrupunun iki üzvü-Yasin Obuzla Barış Murat Yağcı arasında əlbəyaxa dava olub.

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, proqramın paylaşılan anonsunda iştirakçılar arasında yaranan gərginlik diqqətdən yayınmayıb. 

Onlar əvvəlcə mübahisə edib, daha sonra dava etməyə başlayıblar. Tərəflər digər yarışma üzvlərinin köməyi ilə ayrılıb.

Mövzu barədə layihə rəhbəri Acun Ilıcalı açıqlama yayıb. O, instaqramda iştirakçıların "Survivor"dan qovulub-qovulmayacağını müzakirə edəcəklərini bildirib:

"Mükafat oyunu var idi. Hamı qazanmaq istədiyi üçün ortaya bu cür görüntülər çıxdı. İndi iclas keçirəcəyik. İştirakçıların oyundan kənarlaşdırılması barədə müzakirə aparıb yekun qərar verəcəyik". 

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər