Pərviz Abdullayevə "Survivor"da KƏLLƏ ATAN RƏQİBİ: Yaxşı ki, başıma vurmadı - VİDEO
Pərvizlə aramda indi heç bir problem yoxdur. Hər gün bir yerdə yatıb, qalxırıq. O da "Survivor"u tərk etdiyindən yanımızdadır. Bir də baxdım ki, Azərbaycandan 4-5 min mesaj gəlib. Çox pis söyüşlər yazmışdılar. Buradakı davalar anlıqdır. Çünki rəqabət mühiti, bir tərəfdən də çətin şərait.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu "Survivor"u tərk etdiyi həftə basketbol oyununda Pərvizlə kəllə-kəlləyə gələn "Könüllülər"in üzvü olmuş Burak sosial şəbəkədə etdiyi canlı yayım zamanı deyib.
"Survivor 2020"nin iştirakçısı "Ünlülər" komandasından azərbaycanlı rəqibi Pərviz Abdullayevlə bağlı xoş sözlər deyib:
"Pərviz də boş bir adam deyil, 6 dəfə kinkboks üzrə dünya çempionudur. Mən də "qaza gəlib" ona kəllə atdım. Yaxşı ki, başıma iki dənə vurmadı, vallah. Amma yaxşı adamdır".
Xatırladaq ki, kikboks üzrə 6-qat dünya çempionu Pərviz Abdullayev Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışında 15 gün əvvəl mübarizəni dayandırsa da, koronavirus pandemiyası səbəbiylə dünyada tətbiq edilən karantin rejimi və fövqəladə vəziyyətlə əlaqədar sərhədlər bağlı olduğu üçün hələ də Dominikanda qalır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.