https://news.day.az/az/showbiz/1227981.html “Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə Gülaydan gözlənilməz reaksiya

“Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə Gülaydan gözlənilməz reaksiya

Şou-biznes, 25 Aprel 2020 09:16 (UTC +04:00) 124 485
“Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə Gülaydan gözlənilməz reaksiya

Yardımsevərliyi ilə tanınan məşhur idmançı və iş adamı Kamil Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Day.Az Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi "Instagram" hesabında canlı yayıma çıxaraq, izləyicilərlə söhbətləşib və ona yazılan sualları cavablandırıb. 

Makiyajsız halda kamera qarşısına çıxan Gülay izləyicisinin "Üzünüzdə estetik prosedurlar keçirmisiniz?" sualına bu cür reaksiya verib:

"31 yaşım var. Botoks, gel kimi süni şeylərdən istifadə etmirəm. Düşünürəm ki, bunları etmək mənim üçün hələ tezdir. Üzümə və dodağıma mezo iynələri vurdururam. Bu da dərimə təravətlik gətirir. Qaşımı da "mikrobledinq" etmişəm. Ümümiyyətlə, bəzənib-düzənməkdən çox, makiyajsız gəzməyə üstünlük verirəm".

Daha sonra izləyiciləyicilərdən birinin "Saf həyat yoldaşınız var, imkansızlara yardım edir"  şərhinə G.Zeynalova "çox sağ olun" deyərək, lakonik cavab verib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər