https://news.day.az/az/showbiz/1228355.html Röyanın 4 günlük konserti payıza qaldı

Röyanın 4 günlük konserti payıza qaldı

Şou-biznes, 26 Aprel 2020 15:52 (UTC +04:00) 123 284
Röyanın 4 günlük konserti payıza qaldı

Xalq artisti Röya Ayxan "Nazlı" adlı solo konsertinin tarixini növbəti dəfə dəyişdirib.

Day.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda baş tutacaq. Belə ki, daha əvvəl 14, 15, 16 və 17 may tarixlərində keçirilməsi planlaşdırılan tədbir 1, 2,3 və 4 oktyabrda baş tutacaq.

Qeyd edək ki, əvvəlcə mart ayında keçirilməsi düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq, may ayına keçirilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər