"İndiana Cons”un aktyoru öldü

ABŞ-da Ukrayna əsilli məşhur aktyor Dmitri Dyaçenko vəfat edib.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

52 yaşlı aktyorun cəsədi Florida ştatının Daytona-Biç şəhərindəki evində aşkar edilib.

Polisin sözlərinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Hazırda aktyorun ölüm səbəbləri araşdırılır.

Qeyd edək ki, Dyaçenko "Qadağan olunmuş zona", "Əsgər Ceyn", "İndiana Cons", "Kristal kəllə krallığı", "Anarxiyanın oğulları" kimi filmlərlə məşhurlaşıb.