“Heç kimin heç kimə borcu yoxdur” - İzzət xalqa yardım edən məşhurlardan DANIŞDI - VİDEO
Bu günlərdə məşhurlar arasında ehtiyacı olanlara yardım edənlər də var, etməyənlər də. Şou əhli arasında da aztəminatlı ailələrə əl tutanlar az olmadı. Lakin sosial şəbəkələrdə müəğənnilər buna görə tənqidlərə və təhqirlərə məruz qalırlar.
Day.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
İzzət Bağırov - Müğənni: "Mən elə 50-60 dənə müğənni sayaram ki, həmin o müğənnilər, həqiqətən də, ən azı bir 100-150 ailəyə yardım elədilər. Mən özüm də paylaşanda yazırlar ki, bu nədi camaatın gözünə soxursan, sağ əlin veridiyin sol əl bilməz. Nalayiq-nalayiq sözlər yazırlar, paylaşmayanda da yazırlar ki, filankəs eləmir yalandan deyir edirəm".
Nail Cəlil - Sosioloq: "Yardımlaşmaq məsələsi bir könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Bəzi müğənnilər var ki, yardım göstərirlər adlarının çəkilməsini istəmirlər, bəzən elə adamlar tənqid və ya təhqir olunur ki, yəni o insanlar bəlkə də çox adama yardım ediblər, sadəcə olaraq bunu büruzə vermək istəməyiblər".
İnsanların fikrincə, müğənnilər şan-şöhrətlərini, var-dövlətlərini xalqın hesabına əldə ediblər və bu çətin günlərdə xalqın yanında olmalıdırlar. Sosial şəbəkələrdə şou əhlindən bir vaxtlar toylardan qazandıqlarını xalqa yardım üçün sərf etmək bir növ onlardan tələb olunur. Bəs onların belə bir borcu varmı?
İzzət Bağırov - Müğənni: "Borc söhbəti mənim heç sevmədiyim bir şeydir, bu gün heç kimin, heç kimə borcu yoxdur. İnsanlıq borcu ola bilər, mən görürəm, məsələn, sən bu gün çətin durumdasan, mənim isə vəziyyətim yaxşıdır. Niyə kömək etməyim ki? Bəs içimizdəki müsəlmançılıq, qabiliyyət, içimizdəki insanlıq? Əgər varımdırsa, onu kiminləsə paylaşmaq lazımdır".
Müğənni Xatirə İslam da bugünlərdə aldığı mənfi rəylərdən sonra paylaşım etmişdi.
Müğənni Vasif Məhərrəmli hazırladığı yardım qutularını paylaşdıqdan sonra insanlardan aldığı reaksiyalar heç də xoş olmayıb. Rəylərdə deyilir ki, ayıb olsun, sənin çörəyini kim yeyər ki?
Nail Cəlil - Sosioloq: "İnsan imkanlı olub yardım etməsə belə, onun təhqir olunması yolverilməzdir. Bu həm mənəvi-etik cəhətdən doğru deyil, həm də hüquqi cəhətdən. Bu, hüquqi məsuliyyət yaradır, cinayət məsuliyyəti yaradan bir əməldir, cəmiyyətə qarşı bir sosial təhlükəli davranışdır".
İzzət Bağırov - Müğənni: "Müğənni gedib kiməsə yardım edəndə nə olardı ki, ora hamısı xoş sözlər yazardı? Yazan çoxdur, mən paylaşım etmişdim, mənə 1000-ə yaxın rəy bildirilmişdi. Təxminən 700 nəfəri yazmışdı ki, hacı, çox sağ ol, Allah qazancına bərəkət versin. Bunu yazan da azərbaycanlılardı, bunu yazan da bizim xalqın nümayəndələridir, amma bu təhqirləri yazanlar da bizimkilərdir".
Müğənnilər arasında yardım edib, lakin bunu ictimailəşdirmədiklərini deyənlər də var. Onların sözlərinə görə, bunu etik saymadıqları üçün sosial şəbəkələrdə paylaşmırlar ki, nəticədə də yardım etmədiklərini düşünüb onları da tənqid edirlər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.