https://news.day.az/az/showbiz/1230193.html Şakira doğma şəhərinə maska və respiratorlar bağışladı

Şakira doğma şəhərinə maska və respiratorlar bağışladı

Şou-biznes, 1 May 2020 10:25 (UTC +04:00) 123 692
Şakira doğma şəhərinə maska və respiratorlar bağışladı

Məşhur kolumbiyalı müğənni Şakira ölkənin şimalında yerləşən doğma şəhəri Barrankilya sakinlərinə qoruyucu maska və respiratorlar bağışlayıb. Day.Az xəbər verir ki, bu barədə şəhərin meri Xayme Pumarexo deyib.

Mer özünün "Twitter" səhifəsində qeyd edib: "Şakira Barrankilya sakinidir, onu bütün dünya sevir. Bizim səhiyyə sistemi heyyəti üçün bağışladığı qoruyucu maska və respiratorlar həyatları xilas edəcək".

Son məlumata görə, Kolumbiyada koronavirusa yoluxanların sayı  6 507, ölənlərin sayı 293, sağalanların sayı isə 1 439 nəfər təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər