“Sənətimlə sizi çırpıram, şillələyirəm...” - Elza-Tahir qalmaqalı

Əməkdar artistlər Tahir İmanovla Elza Seyidcahan arasında qalmaqal yaranıb. "Qafqazinfo" xəbər verir ki, buna səbəb İmanovun müğənninin ifalarını müzakirə edən zaman tənqidi fikirlər səsləndirməsidir.

Day.Az xəbər verir ki, Elza MTV-yə danışarkən "KVN"çinin ünvanına sərt sözlər deyib: "İstəyərəm ki, Tahir bir bəstəkar nəvəsi kimi danışsın. Həqiqəti deməkdən qorxursunuz? Deyin ki, Elza gözəl bəstəkardır, yazdığı əsər şedevrdir.

Sənətimlə sizi çırpıram, döyürəm, şillələyirəm, danışdırıram. Həqiqəti deməkdən qorxursunuz. Siz acissiz. Tahir İmanov deyib ki, oxuduğu mahnı ilə Motsartı iki dəfə qəbirdə fırladıb. Elza Motsartı söyüb? Əslində deyirlər ki, ölünü söyəndə qəbirdə fırlanır. Qruplaşma yaradanlar var- paxıllar, onlar yəqin yatdıqları yerdə fırlanıblar. Hətta kəlləmayallaq da aşıblar. Motsartın yerinə siz fırlanmamısınız ki, Tahir İmanov? Siz neçə dəfə fırlandınız?"