“Sefirin kızı” sezon finalına gedir

Koronavirus pandemiyası səbəbi ilə çəkilişləri dayandırılan reytinqli "Sefirin kızı" serialı barədə sezon finalı qərarı verilib.

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Star TV bir müddət yayımlanmayan ekran işinin çəkilişlərini bərpa etməsini istəyib. Bu səbəbdən prodüserlər may ayında cəmi 4 bölümün çəkiləcəyini elan edərək serialın yay tətilinə çıxacağını açıqlayıb. Bununla da layihə 19-cu bölümündə mövsümə ayrılacaq.

Qeyd edək ki, Neslihan Atagül, Engin Akyürek, Erhan Alpay, Uraz Kaygılaroğlu kimi məşhurların rol aldığı ekran işinin çəkilişləri mart ayından etibarən dayandırılıb.