https://news.day.az/az/showbiz/1230727.html Nura Suri keçmiş əri ilə görüntülərini paylaşdı: “Bir zamanlar bir-birimizi sevirdik” - FOTO

Nura Suri keçmiş əri ilə görüntülərini paylaşdı: “Bir zamanlar bir-birimizi sevirdik” - FOTO

Şou-biznes, 2 May 2020 13:51 (UTC +04:00) 124 706
Nura Suri keçmiş əri ilə görüntülərini paylaşdı: “Bir zamanlar bir-birimizi sevirdik”

Karantin günlərində bir çox məşhurlar arxiv şəkillərini üzə çıxararaq, sosial media hesablarında paylaşırlar. Onlardan biri də müğənni Nura Suridir.

Sənətçi keçmiş həyat yoldaşı ilə çəkdirdiyi arxiv fotosunu gün üzünə çıxarıb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, Nura keçmiş həyat yoldaşı Ali Surini yanağından öpdüyü zaman 21 il əvvəl qeydə alınan şəklini "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.

Hamilə olduğu zaman Yeni il gecəsində çəkilən fotoya müğənni belə şərh verib:

"1999-cui ildən 2000-ci ilə keçən gün. İkinci övladım Möhsenə hamilə olarkən çəkilib. Keçmiş həyat yoldaşımla bir zamanlar bir-birimizi sevirdik".

Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.

  • Nura Suri keçmiş əri ilə görüntülərini paylaşdı: “Bir zamanlar bir-birimizi sevirdik”

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər