Əməkdar artist övladlığa götürdüyü qızının yeni görüntülərini yaydı - FOTO
Əməkdar artist Nigar Şabanova 11 aylıq qız övladının yeni görüntülərini paylaşıb.
Day.Az.Az oxu.az-a istinadən bildirir ki, sənətçi çəkdirdiyi fotolarda qızı Nəfisəni qucağına basaraq, onu öpüşlərə qərq edib.
N.Şabanova qızı ilə birlkdə lentə alınan şəkillərə belə şərh verib:
"Varlığına qurban olum. Nə yaxşı ki, varımsan. Səbir yerim, üzümün gülüşü. Mənim Nəfisəm qızım".
Qeyd edək ki, ötən il Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü uşaq haqqında bunları söyləmişdi:
"Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm.
Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.