Azərbaycanlı müğənnini həkim SƏHV ƏMƏLİYYAT EDİB - Çoxlu qan itirib - FOTO
"Hamı xəstələnir, hamı əziyyət çəkir. Mən 11-ci sinifdə Konservatoriyaya hazırlaşırdım və hamı bilirdi ki, Vüsal istedadlıdır, Vüsal girəcək"
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu istedadlı gənc müğənni Vüsal Hacıyev səhhətində qəfil baş verən probemlə bağlı "Şou ATV"də danışarkən deyib.
Vüsal hər şeyin yolunda getdiyi bir vaxt mədəsində yaranan problemi yada salıb:
"İmtahanlara yaxın mən heç "Bülbül" məktəbini bitirə bilmədim. Mədəmdən qanaxma oldu, mən 40 günə yaxın reanimasiyada yatdım. Çoxlu qan itirmişdim, halım yox idi. Mən sağalana kimi imtahanlar bitdi, 1 il evdə qalası oldum. Ondan sonra yenidən hazırlaşdım, Konservatoriyaya imtahan verdim və qabiliyyət imtahanlarının üçündən də "5" aldığım üçün məni Konservatoriyaya qəbul elədilər.
Bundan sonra bildik ki, mədəmin əməliyyatı düzgün keçməmişdi. Mən çox əziyyət çəkirdim. Bunu heç kimə demək istəmirdim. Deyəndə də mənə "Pessimist. Özünə çox qapanır" deyirdilər".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.