“6 saç ustam var” - Faiq Ağayev
"6 saç ustam var. Əhvalıma görə dəyişirlər. Saçımı indi kəsdirməklə bağlı təhlükəni isə 23 illik ustamın üzərinə atdım".
Day.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Gündəlik" verilişində Xalq artisti Faiq Ağayev deyib.
O, yeni imici ilə qatıldığı proqramda riskə getdiyini söyləyib:
"48 ildir ki, ilk dəfə saçlarımı bu qısalıqda kəsdirmişəm. Ustam dedi ki, birdən bəyənmərsən. Dedim ki, karantindir. Kim görəcək məni? Anamdan soruşdum ki, nə vaxtsa, belə qısa saçlarım olub? Dedi ki, uşaq vaxtı da o qədər gözəl dalğavari saçların var idi ki, onlara qıymırdım. Sonra söylədi ki, o biri dünyada səndən əzaların da gileylənəcək: Ayaqların, çünki bütün günü qaçhaqaçdasan, bir də səs tellərin olacaq, o qədər danışırsan və oxuyursan ki... Bir də saçın. Onun başına elə oyunlar açmısan ki...".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.