Məşhur britaniyalı reper koronavirusdan öldü

Məşhur britaniyalı reper Ben Çicioke koronavirusdan dünyasını dəyişib. Day.Az xəbər verir ki, o, daha çox musiqisevərlər arasında Tu ləqəbi ilə tanınır.

Hələ aprelin əvvəlində o, koronavirus diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bir müddət sonra vəziyyəti normallaşmış və adi palataya köçürülmüşdür. Lakin sonradan reperdə pnevmaniyanın kəskin forması aşkar edilmiş və bu, onun ölümünə səbəb olmuşdur.

Tu 1972-ci ildə Londona mühacir ailəsində dünyaya gəlib.

Son məlumata görə, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 207,9 min nəfər təşkil edir, ölüm sayına görə isə ölkə ABŞ-da sonra ikinci yerdə qərarlaşıb, burada 30 mindən çox insan COVİD-19-dan dünyasını dəyişib.