https://news.day.az/az/showbiz/1233121.html
Sevgilisindən ayrılan Pitt Coli ilə barışdı
Sevgilisindən ayrılan Pitt Coli ilə barışdı
Hollivudun məşhur cütlüyü Bred Pittlə Ancelina Coli barışıb.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərb KİV məlumat yayıb.
Qeyd olunub ki, Pitt sevgilisi Aliyə Şövkətdən ayrıldıqdan sonra övladları və Ancelina ilə münasibətlərini bərpa edib. Keçmiş cütlük altı övladını birlikdə böyütməyə davam edir. Onların ən böyük oğlu, 18 yaşlı Maddoks da atası ilə görüşməyə başlayıb.
Xatırladaq ki, Coli ilə Pitt Los-Ancelesin Los-Felice bölgəsində qonşu olaraq yaşayır.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.