Tovuz "Aqrokimya" MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü

Tovuz "Aqrokimya" MMC koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

MMC-dən Day.Az-a verilən məlumata görə, MMC Fonda 20 000 manat məbləğində vəsait köçürüb.

MMC hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

"Aqrokimya" MMC koronavirusla mübarizədə də Azərbaycan xalqı və Azərbaycan dövləti ilə həmrəy olduğunu bəyan edir.