“Agro-Vest DC” MMC koronavirusla mübarizəyə 100 min manat vəsait ayırıb

"Agro-Vest DC" MMC koronavirusla mübarizəyə 100 min manat vəsait ayırıb. 

"Agro-Vest DC" Şirkəti Azərbaycan Respublikasında Qida məhsullarının idxalı və istehsalı ilə ölkəmizdə əhalinin qida təhkükəsizliyinin təmin olunması istiqamətində hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasəti və onun tövsiyələrinin öz işində rəhbər tutmuşdur.  

Müəssiəmiz Ölkə başçısının Sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə əsasən, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min AZN məbləğində vəsait ayırıb.  

Məlumat üçün bildirək ki, "Agro-Vest DC" MMC qida məhsullarının qəbulu, saxlanması onların daşınması üçün nəzərdə tutulmuş anbarlar və nəqliyyat vasitələrində  virusa qarşı vaxtında profilaktik və dezinfeksiya tədbirləri görülüb.