https://news.day.az/az/society/1215986.html Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib - FOTO

Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib - FOTO

Cəmiyyət, 25 Mart 2020 16:40 (UTC +04:00) 1 373
Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib

Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər.

  • Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib
  • Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib
  • Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib
  • Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər