https://news.day.az/az/society/1217624.html Samux polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO

Samux polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO

Cəmiyyət, 30 Mart 2020 10:03 (UTC +04:00) 1 002
Samux polisi gücləndirilmiş iş rejimində çalışır

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Samux Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Day.Az-a verilən məlumata görə, bundan başqa rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşlarla mütəmadi maarifləndirici söhbətlər apararaq onları mümkün qədər evdə qalmağa çağırırlar. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşayiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

  • Samux polisi gücləndirilmiş iş rejimində çalışır

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər