https://news.day.az/az/society/1219768.html Bakıda avtomobildən 1200 manatlıq telefon oğurlanıb

Bakıda avtomobildən 1200 manatlıq telefon oğurlanıb

Cəmiyyət, 4 Aprel 2020 07:34 (UTC +04:00) 326
Bakıda avtomobildən 1200 manatlıq telefon oğurlanıb

Bakı şəhər sakininin avtomobilindən 1200 manat dəyərində telefon oğurlanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.

Naməlum şəxs səhər sakini A.D-ya məxsus "Azsamand" markalı avtomobildən 1200 manat dəyərində mobil telefonu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır, hazırda oğurluğu törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər