https://news.day.az/az/society/1219834.html Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər - FOTO

Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər - FOTO

Cəmiyyət, 4 Aprel 2020 10:53 (UTC +04:00) 383
Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, ilk gündən bu infeksiyanın yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük əməkdaşları daha bir nümunəvi addım ataraq aztəminatlı ailələrə yardım ediblər.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunun əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar Balakən rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər.

Gömrükçülər sözügedən ailələrə ərzaq məhsulları verib, eləcə də onlarla profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi ilə əlaqədar evdə qalmalarını tövsiyə ediblər.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

  • Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər