https://news.day.az/az/society/1219847.html 18 yaşdan aşağı şəxslər icazə almalıdırmı? - RƏSMİ CAVAB

18 yaşdan aşağı şəxslər icazə almalıdırmı? - RƏSMİ CAVAB

Cəmiyyət, 4 Aprel 2020 11:34 (UTC +04:00) 878
18 yaşdan aşağı şəxslər icazə almalıdırmı?

Nazirlər Kabineti yanında Operativ Qərargah sabahdan qüvvəyə minəcək SMS vasitəsilə icazə almaq mexanizminin bəzi detallarını açıqlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Real Tv-yə müsahibəsində bildirib ki, 18 yaşa çatmamış vətəndaşların evdən çıxarkən icazə alması qərarda öz əksini tapmayıb:

"Bu barədə konkret qərar göstərilməyib. Dünyada elə qanunlar yoxdur ki, həyatın bütün sferasını nəzərdə tutsun. Burada məsələ belədir ki, 18 yaşdan aşağı şəxslər ola bilər ki, küçəyə çıxa bilsin, marketə, aptekə gedə bilərlər. Bunu ailə tənzimləməlidir".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər