https://news.day.az/az/society/1219962.html Sumqayıt sakini qaçırdığı avtomobillə saxlanıldı

Sumqayıt sakini qaçırdığı avtomobillə saxlanıldı

Cəmiyyət, 4 Aprel 2020 14:54 (UTC +04:00) 383
Sumqayıt sakini qaçırdığı avtomobillə saxlanıldı

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi "Chrysler" markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər