https://news.day.az/az/society/1219965.html Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

Cəmiyyət, 4 Aprel 2020 14:58 (UTC +04:00) 451
Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.

Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 "Qaynar xətt" xidməti həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər