https://news.day.az/az/society/1220025.html Astara sakinindən narkotik vasitələr götürülüb

Astara sakinindən narkotik vasitələr götürülüb

Cəmiyyət, 4 Aprel 2020 17:35 (UTC +04:00) 393
Astara sakinindən narkotik vasitələr götürülüb

Astara rayonunun Şahağacı kənd sakini E.Nəsirovdan narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini E.Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər