https://news.day.az/az/society/1220035.html
Qubada karantin rejimini pozan şəxs aşkarlanıb
Qubada karantin rejimini pozan şəxs aşkarlanıb

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Day.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.