https://news.day.az/az/society/1220085.html İctimai nəqliyyatin hərəkəti dayandırılcaq? - Rəsmi Açıqlama

İctimai nəqliyyatin hərəkəti dayandırılcaq? - Rəsmi Açıqlama

Cəmiyyət, 4 Aprel 2020 21:54 (UTC +04:00) 1 171
İctimai nəqliyyatin hərəkəti dayandırılcaq?

"İctimai nəqliyyatin hərəkəti dayandırılmayacaq, bəzi KİV-lər Operativ Qərargahın qərarlarını təhrif edirlər".

Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Day.Az-a açıqlamasında deyib. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov  Operativ Qərargahın 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılmasını qərarını şərh edib. 

Onun sözlərinə görə, bu qərar ölkədə ictimai nəqliyyatın qadağan edilməsi demək deyil , mövcud məhdudiyyətlər daxilində ictimai nəqliyyatın işi davam edəcək.

"Operativ Qərargahın aprelin 4-də axşam yayımlanan qərarının mətnində aydın şəkildə göstərilir ki, gecə yarısından etibarən quru və hava yolu ilə, o cümlədən daxili reyslərlə Azərbaycana giriş və çıxış üçün nəqliyyat əlaqələri tamamilə qadağandır", - deyə İbrahim Məmmədov bildirib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər