Bu yerlərdə bütün sürücülər saxlanılacaq

"Bakı şəhərində aparılan bütün yoxlamalar karantin rejimlə əlaqədardır".

Day.Az xəbər verir ki, bu sözləri lent.az-a yol polisinin apardığı yoxlamalardan danışarkən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, mövcud rejimin təmin edilməsi üçün yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda Bakıda aparılan bütün yoxlamalar karantin rejimi ilə əlaqədardır. İcazəsiz evdən çıxanlar müəyyən edilərək saxlanılır və qanunauyğun tədbirlər görülür. Belə yoxlamalar Bakıda bir çox yerlərdə, yol polisinin xidmət apardığı bütün məntəqələrdə həyata keçirilir".

Qeyd edək ki, paytaxtın Azadlıq prospekti, Zabrat dairəsi və.s yerlərində yoxlamalar aparılması barədə sosial şəbəkələrdə bir sıra məlumatlar paylaşılıb.