https://news.day.az/az/society/1226632.html
Koronavirusa yoluxan azərbaycanlı hakim sağaldı
Koronavirusa yoluxan azərbaycanlı hakim sağaldı
Türkiyədə koronavirusa yoluxan azərbaycanlı hakim İsa Məmmədov sağalıb.
"Anadolu" agentliyi xəbər verir ki, bununla bağlı Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçilər Dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer açıqlama verib.
Onun sözlərinə görə, 14 gün davam edən müalicədən sonra azərbaycanlı hakimin testinin nəticələri mənfi çıxıb.
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.
O, Karabükdə futbol üzrə həvəskarlar liqasında hakimlik edir.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.