İsti günlərdə koronavirusa yoluxmanın olmayacağı ilə bağlı sübut yoxdur - ÜST rəsmisi
İsti günlərdə koronavirusa yoluxma hallarının olmayacağı və onun öləcəyi ilə bağlı sübut yoxdur.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, virus çox güclü ultrabənövşəyi şüalar altında deaktiv olur:
"Amma yay aylarının gəlişi ilə virusun olmayacağı barədə məlumat yoxdur, çünki bu virusa yoluxma isti ölkələrdə də müşahidə edilir. Amma yayda yoluxma sayında azalma ola bilər. Sentyabr, oktyabr ayları gəldikdə isə virusa yoluxma hallarının yenidən artacağı ilə bağlı fikirlər var. Bu hal bu il bitməyəcək. Bu, bizim real vəziyyətdir".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.