https://news.day.az/az/society/1228500.html Bərdədə ağır qəza: İki qardaş öldü

Bərdədə ağır qəza: İki qardaş öldü

Cəmiyyət, 27 Aprel 2020 09:36 (UTC +04:00) 123 914
Bərdədə ağır qəza: İki qardaş öldü

Bərdə rayonunda ölümlə nəticələn yol-qəza hadisəsi baş verib.

Day.Az-ın məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb.

Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil 1980-ci il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində E.Cəfərov hadisə yerində ölüb. Onun qardaşı Seymur Cəfərov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər