https://news.day.az/az/society/1228513.html Bakıda yol qəzası - Ölən və yaralananlar var

Bakıda yol qəzası - Ölən və yaralananlar var

Cəmiyyət, 27 Aprel 2020 09:58 (UTC +04:00) 123 953
Bakıda yol qəzası - Ölən və yaralananlar var

Bakıda yol qəzası baş verib.

Day.Az-ın məlumatına görə, hadisə Pirallahı rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Oleq Qarkavıy idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə 1994-cü il təvəllüdlü Əlirza Dilavərovun idarə etdiyi "Ford Transit" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində O.Qarkavıy ölüb. "Ford Transit" markalı avtomobilin sürücüsü Ə.Dilavərov və sərnişinləri - 2002-ci il təvəllüdlü Elvin Hacıyev, 2002-ci il təvəllüdlü Sahil Qaçayev və Aleksandr Bıkovskiy müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər