https://news.day.az/az/society/1228529.html Bakıda kişi küçədə bıçaqlandı

Bakıda kişi küçədə bıçaqlandı

Cəmiyyət, 27 Aprel 2020 10:19 (UTC +04:00) 124 080
Bakıda kişi küçədə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Day.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, mənzil 11-in qarşısında qeydə alınıb.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Babaşov Fariz Mahir oğlu tanışı, Yasamal rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Ülvi Zakir oğluna 2 bıçaq zərbəsi vuraraq öldürməyə cəhd edib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.Babaşov hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

F.Babaşovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər