https://news.day.az/az/society/1228698.html Ağdaş sakinindən marixuana götürülüb

Ağdaş sakinindən marixuana götürülüb

Cəmiyyət, 27 Aprel 2020 14:52 (UTC +04:00) 123 945
Ağdaş sakinindən marixuana götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini F.Məhərrəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 180 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun tanışı olan həmyerlisi T.Mustafayevə məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 37 qramdan artıq marixuana aşkar edilib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər