https://news.day.az/az/society/1228888.html Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Cəmiyyət, 27 Aprel 2020 23:17 (UTC +04:00) 124 007
Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb. 

Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. 

Müayinə zamanı 43 yaşlı kişinin 2 bıçaq yarası aldığı müəyyən edilib. Xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər