Bakıda gənclər arasında dava düşüb, 2 nəfər bıçaqlanıb

Sabunçu rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Qasımov küçəsində baş verib.

1990-cı il təvəllüdlü İbayev Əliyar Elşad oğlu 2002-ci il təvəllüdlü Quliyev Ümid Elman oğlu ilə əlbəyaxa dava edib. Dava zamanı Ə.İbayev bıçaqla Ü.Quliyevin qol nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. 

Ü.Quliyev isə bıçaqla Ə.İbayevin ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.