https://news.day.az/az/society/1229018.html Velosiped sürən yeniyetməni maşın vurub öldürdü

Velosiped sürən yeniyetməni maşın vurub öldürdü

Cəmiyyət, 28 Aprel 2020 12:44 (UTC +04:00) 124 022
Velosiped sürən yeniyetməni maşın vurub öldürdü

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, aprelin 27-də saat 15 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi "MAZ" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər